Misli Premyer Liqasında II dövrənin ilk - XII turu paytaxtda yekunlaşacaq. Sport24.az xəbər verir ki, "Neftçi" öz meydanında "İmişli"ni qəbul edir.

 

11 turdan sonra aktivində 15 xal olan "ağ-qaralar" turnir cədvəlində 7-ci pillədə qərarlaşıbsa, "pələnglər" 12 xalla 9-cudur. Samir Abbasovun baş məşqçisi olduğu komanda avrokuboklara vəsiqə uğrunda mübarizədən kənar qalmamaq, liderlərdən çox da uzaq düşməmək üçün bu matçdan 3 xalla ayrılmaq məcburiyyətindədir. 

 

Qeyd edək ki. oyunun start fiti saat 17:30-da səslənəcək.

 

Misli Premyer liqası

II dövrə, XII tur

17:30. "Neftçi" - "İmişli"

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: İmanxan Sultani 
AFFA nümayəndəsi: Elgiz Abbasov
Bakı. "Palms Sports Arena".