Bu gün keçiriləcək iki oyunla Misli Premyer Liqasında XII tura yekun vurulacaq. Sport24.az xəbər verir ki, günün ilk qarşılaşması Masazırda baş tutacaq.
"Sabah" "doğma divarlar" arasında "Şamaxı"nı qəbul edir. "Bayquşlar" "şirlər"i məğlub edəcəyi təqdirdə turnir cədvəlində 3-cü pilləyə yüksələcək. Ancaq bunun o qədər asan olmayacağı bəllidir. Ayxan Abbasovun baş məşqçisi olduğu "Şamaxı" asan təslim olan komandalardan deyil. Qonaqlar da səfər matçında xal və xallar qazanmaq istəyir ki, təhlükəli zonadan uzaqlaşsın.
Qeyd edək ki, bu komandalar arasında I dövrədə baş tutan görüşdən "Sabah" qalib ayrılıb - 2:1.
Misli Premyer liqası
II dövrə, XII tur
15:00. "Sabah" - "Şamaxı"
Hakimlər: Kamranbəy Rəhimov, Zeynal Zeynalov, Eyyub İbrahimov, Əkbər Əhmədov
VAR: Əli Əliyev
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Anar Şıxəliyev
Masazır. "Bank Respublika Arena".