Ötən gecə Argentina təmsilçisi "Lanus" "Copa Sudamericana 2025"-in finalında Braziliya "Atletiko Mineyro"suna qalib gəlməklə kuboku başı üzərinə qaldırıb. Sport24.az xəbər verir ki, argentinalılar Brazilya klubunu penaltilər seriyasında məyus edib.

 

Oyun Asunsyondakı "Estadio Defensores del Chaco" stadionunda keçirilib.

 

Qeyd edək ki, "Lanus" tarixində ikinci dəfə turnirin qalibi olur. Argentina təmsilçisi ilk dəfə 2013-cü ildə bu nailiyyətə imza atmışdılar.