"Liverpul"un hücumçusu Aleksandr İsak özünü qorumaq üçün it alıb. Sport24.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, 26 yaşlı hücumçu "Doberman" cinsindən olan mühafizəçi itə 32.900 avro xərcləyib. İsveçlinin it almağa məcbur edən isə azarkeşlərdən aldığı ölüm təhdidləri olub.
Qeyd edək ki, "mersisaydlılar" bu yay İsakın transferinə 150 milyon avro xərcləyiblər ki, bu da Premyer Liqa tarixində ən bahalı keçid olub. Buna baxmayaraq, isveçli forvard hələ də "Liverpul"da qol hesabını açmayıb.
"Qırmızılar" hazırda 18 xalla İngiltərə Premyer Liqasınında 11-ci yerdədir.