Fransa Futbol Federasiyasının prezidenti Filipp Diallo Zinəddin Zidanın milli komandanın baş məşqçisi təyin olunması ehtimalını dəyərləndirib. Sport24.az xəbər verir ki, qurum rəhbəri fransalı mütəxəssisin həm futbolçu, həm də məşqçi kimi uğurlarına böyük hörmət bəslədiyini bildirib.
Lakin o, hadisələri qabaqlamaq istəmədiyini, hər şeyin öz vaxtı olduğunu və hazırda əsas diqqətin dünya çempionatına yönəldiyini vurğulayıb. Bu fonda millinin hazırkı baş məşqçisi Didye Deşam isə DÇ-2026-dan sonra komandadan ayrılacağını açıqlayıb.
Qeyd edək ki, Zidan hələ də Fransa milli komandasının baş məşqçi vəzifəsi üçün əsas namizəd olaraq qalır. 53 yaşlı mütəxəssisin son iş yeri "Real" klubu olub. O, bu komandaya 2016-2018 və 2019-2021-ci illərdə rəhbərlik edib.