"Fənərbaxça" Türkiyə Super Liqasının 13-cü turunda səfərdə "Rizespor"un qonağı olacaq. Sport24.az xəbər verir ki, İstanbul təmsilçisi oyuna ciddi itkilərlə çıxacaq.

 

Müdafiəçi Nelson Semedo cəzalı durumdadır. Yarımmüdafiəçilər Sebastian Şimanski ilə Edson Alvares isə zədəlidir.

 

Qeyd edək ki, "Rizespor" - "Fənərbaxça" qarşılaşması sabah Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.