"Qarabağ"ın futbolçusu Mateus Silva UEFA Çempionlar Liqasının əsas mərhələsində Niderlandın "Ayaks" klubu ilə oyunu buraxmaq təhlükəsi ilə üzləşib. Sport24.az-ın məlumatına görə, 28 yaşlı müdafiəçi artıq turnirin əsas mərhələsində iki dəfə sarı vərəqə ilə cəzalandırılıb.

Braziliyalı oyunçu V turda İtaliyada "Napoli" ilə görüşdə də vərəqə görsə, Bakıda "Ayaks"la növbəti matçda meydana çıxmayacaq.

Qeyd edək ki, "Qarabağ" "Napoli" ilə noyabrın 25-də, "Ayaks"la dekabrın 10-da üz-üzə gələcək.