Liqada "Ayın qolu" layihəsi çərçivəsində "Şəfa" futbol klubunun üzvü Nihad Quliyev mükafatlandırılıb. Sport24.az xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.
Oktyabr ayının ən yaxşı qolunun müəllifinə mükafatı VIII turun "Şəfa" - "Difai" qarşılaşmasından əvvəl Peşəkar Futbol Liqasının Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev təqdim edib.