Rusiya millisinin və CSKA-nın keçmiş yarımmüdafiəçisi Yevgeni Aldoninə mədə xərçəngi diaqnozu qoyulub. Sport24.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Mənbənin sözlərinə görə, veteran futbolçu Almaniyada əməliyyat olunub.
Qeyd edək ki, 45 yaşlı Aldonin 2004-cü ildən 2013-cü ilə qədər CSKA-nın formasını geyinib. O, Moskva klubunun heyətində iki dəfə Rusiya çempionu olmaqla yanaşı, beş dəfə Rusiya kubokunu və 2005-ci ildə UEFA Kubokunu qazanıb. Aldonin həmçinin "Rotor Volqoqrad", "Mordoviya Saransk", "Volqa Nijni Novqorod" və "Zorki Krasnoqorsk" klublarının da şərəfini qoruyub.