"Milan" azarkeşləri yeni transfer Luka Modriçi səmimi qarşılayıblar. Sport24.az xəbər verir ki, minlərlə azarkeş yeni kumirlərini "qırmızı-qara" formada  görmək üçün Milanın mərkəzini doldurub.

 

39 yaşlı xorvat onlara bir neçəsinə forma, bəzilərinə isə avtoqraf verib.

 

Qeyd edək ki, Modriç İtaliya klubu ilə "1+1" şərti ilə müqavilə imzalayıb. O, yeni klubunda "Tottenhem"də geyindiyi 14 nömrəli formanı götürüb. Modriç son 13 mövsüm "Real"da çıxış edib və 2018-ci ildə "Qızıl top"u qazanıb.