İngiltərə millisinin sabiq müdafiəçisi Eşli Koul baş məşqçi kimi ilk dəfə debüt edəcək. Sport24.az xəbər verir ki, ingilis məşqçi İtaliya B seriyasında mübarizə aparan "Çezena" ilə anlaşıb.

 

45 yaşlı mütəxəssis Li Karslinin rəhbərlik etdiyi İngiltərənin U-21 yığmasının məşqçilər heyətindən ayrılacaq.

 


"Çezena" turnir cədvəlində 8-ci pilləsində qərarlaşıb. Koul əvvəllər "Everton"da Frenk Lemparda, "Birmingem"də Ueyn Runiyə kömək edib.