Misli Premyer Liqasının XXIV turunda "Kəpəz"lə qarşılaşan "Turan Tovuz"da ciddi itki yaşanıb. Sport24.az xəbər verir ki, Tovuz klubunun müdafiəçisi Enrike Silva sıradan çıxıb.

 

Belə ki, 31 yaşlı futbolçu birinci hissənin son dəqiqələrində yarımmüdafiənin mərkəzində birəbir mübarizə zamanı zədələnib və oyuna davam edə bilməyib.

 


Braziliyalının zədəsinin ciddi olub-olmaması matçdan sonra dəqiqləşəcək.