Polşanın paytaxtı Varşavada cüdo üzrə böyüklər arasında Avropa Açıq Turniri start götürüb. Sport24.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycan idmançılarından Tofiq Məmmədov uğurla çıxış edib.
66 kq çəki dərəcəsində mübarizə aparan idmançı bürünc medal qazanıb.
Qeyd edək ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilən yarışa 27 ölkədən 320 idmançı qatılıb.