Misli Premyer Liqasının XXIV turunun "Kəpəz" – "Turan Tovuz" oyunundan (1:1) sonra qonaq komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…
– Vacib iki xal itirdik. Oyunun ikinck hissəsi fərqli alındı. Növbəti oyuna hazırlaşacağıq.
– İlk hissədə Enrike zədə səbəbindən meydandan çıxdı. İkinci hissədə rəqib onun cinahından hücumlar etdi. Enrikeni əvəzləyən Faiqin oyununu necə dəyərləndirirsiz?
– Faiq uzun müddət oynamırdı. Ona görə səhvlər edirdi.
– Miller nə üçün oynamadı?
– Zədəli idi.
– Ardıcıl "Zirə" və "Neftçi" qələbəsindən sonra autsayderlərlə oyunda xal itirirsiz. Niyə?
– Emosiya məsələsidir. Futbolçular elə komandalarla oyuna köklənməkdə problem yaşayırlar.