Misli Premyer Liqasının XXIV turunun "Kəpəz" – "Turan Tovuz" oyunundan (1:1) sonra meydan sahibi komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

 

– Azarkeşlərə təşəkkür edirəm. Sona qədər dəstək oldular. Futbolçular onların dəstəyini yerə vurmadı. Çatışmazlıqlarımız var və oyundan-oyuna daha yaxşı olacağıq. İstədiyimiz oyunu oynamağa çalışacağıq. Vaxt keçdikcə başqa "Kəpəz" görəcəyik.

 

– Jo "Neftçi"yə də belə qol vurmuşdu. Bunu təhlil etməmişdiz?


– Hücuma çıxanda top itirdik və zona boşaldı. Bir zonanı boşaldırsansa, digər yerlərdəki boşluqlar da tez sezilir. Rauf Rüstəmli maksimumu etməyə çalışdı. Futboldur. Rəqibin usta futbolçuları var. Onların bacarıqlarını danmaq olmaz.


– Belə istəkli "Kəpəz" görməyə nə mane olur?


– Son turlarda yaxşı oynayırıq. İstəyimiz var. Deməzdim ki, qeyri-stabilik. son 4-5 oyunda stabilik. Meydançada futbol oynayırıq. Məncə, bu gün də maraqlı futbol oldu. Uşaqlara təşəkkür edirəm ki, tapşırıqları həyata keçirdilər.