"Fənərbaxça" heyətinə fransalı futbolçu qatmağı planlaşdırır. Sport24.az xəbər verir ki, İstanbul təmsilçisi "Atletiko"nun müdafiəçisi Klemen Lenqleni istəyir.

 

Türkiyə klubu artıq 30 yaşlı futbolçu üçün qarşı tərəflə ilkin danışıqlara start verib.

 

Lenqlenin "Atletiko" ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. Təcrübəli futbolçu "Nansi", "Sevilya", "Barselona", "Tottenhem" və "Aston Villa"da çıxış edib.