Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin yeni klubu  "Kolambus Krü"da (ABŞ) növbəti çempionat oyununa çıxıb. Sport24.az xəbər verir ki, komanda "Neşvill"ə qarşılaşıb.

 

Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Nəriman bu matçın iştirak ərizəsində yer alsa da, sona qədər ehtiyatda qalıb.

 

Qeyd edək ki, hazırda aktivində 2 xal olan "Kolambus Krü" 13-cü pillədə qərarlaşıb.