İran DÇ-2026-da iştirak etməyəcəyi halda, Asiya Futbol Konfederasiyasından başqa bir komanda onun yerini tuta bilər. Sport24.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb. 

 

Bu yerə İraq namizəddir. Martın 31-də İraq millisi qitələrarası pley-offun finalında Boliviya-Surinam matçının qalibi ilə oynayacaq. Əgər İraq bu matçda uduzsa belə, İranın əvəzinə mundiala vəsiqə qazana bilər.

 

İraq qalib gələrsə və turnirə birbaşa pley-off yolu ilə vəsiqə qazanarsa, növbəti iddiaçı Birləşmiş Ərəb Əmirlikləri olacaq. BƏƏ seçmə mərhələnin finalında İraqa məğlub olub və AFC komandaları arasında növbəti yerdədir.