"Zirə"nin qapıçısı Tyaqo Silvanın Sport24.az-a müsahibəsi

 

- Misli Premyer Liqasının 24-cü turunda "Qarabağ"a məğlub (1:3) oldunuz. Oyunla bağlı fikirlərin necədir?


- Normalda bu cür mövzularda danışmaq istəmirəm. Eləcə də bunu deməklə, "Qarabağ"ın qələbəsinə də kölgə salmaq istəmirəm. Rəqib çox yaxşı performans sərgilədi. Amma eyni sözləri hakimlərlə bağlı deyə bilməyəcəm. Məncə, ilk hissədə "Qarabağ"ın qapısına penalti təyin edə bilərdi. Eləcə də xırda foullar referi nədənsə fərqli qərarlar verirdi.

 


- Sizcə, məğlubiyyəti yalnız bununla əlaqələndirmək olar?


- Xeyr. Bu matçda oyun planımızda dəyişiklik olmuşdu. Bir az daha geridən, müdafiə planında oynayırdıq. Oyunun müəyyən hissəsində "Qarabağ"ın hücumlarının qarşısını ala bilirdik. Amma əfsuslar olsun ki, rəqib qol epizodlarından faydalandı. Ümumilikdə "Qarabağ" yaxşı oyun nümayiş etdirdi. Qələbəyə layiq idi.

 


- "Zirə" qol vurduqdan sonra rəqibin dərhal üçüncü qolunun qarşısını ala bilmədi. Niyə belə oldu?


- Bir az müdafiə planına yönəlik taktiki gedişlərimiz olmuşdu. Ümumi oyun planımızda cüzi dəyişiklik var idi. 60-cı dəqiqədən sonra hücumameyilli futbolçularımızla bağlı müəyyən dəyişikliklər oldu. Yeni hücumameyilli futbolçuları meydana buraxdıq. 0:2-dən sonra oyun quruculuğu baxımından nisbətən oyunumuzda canlanma oldu. Qollardan birinin əvəzini çıxdıq. Sadəcə olaraq, artıq bir az irəli atılandan sonra, "Qarabağ"a qarşı hücumda daha effektiv olduğun halda, artıq bir az müdafiədə boşluqlar verəndə...Bilirik ki, "Qarabağ"ın futbolçularının fərdi keyfiyyətlərini hamımız bilirik. Onlar da bunun hesabına çox keçmədi ki, hesabı 3:1 etdilər. Onlar adına layiqli qələbə idi. 

 

- Mövsüm sona yaxınlaşır. Avrokuboklar şanslarınızı necə dəyərləndirirsən?


- Avrokuboklarda mübarizə apara bilərik. Düşünürəm ki, hazırkı vəziyyətdə fikrimiz "Turan Tovuz"la xal fərqini azaltmağa yönələcək. Avrokuboklara vəsiqə qazana biləcəyimizi düşünürəm.

 

- Çempionluq yolunda "Sabah"ı, yoxsa "Qarabağ"ı şanslı görürsən?


- Bu, mənə maraqlı deyil.