Bu gün keçiriləcək iki oyunla Misli Premyer Liqasında 24-cü tura yekun vurulacaq. Sport24.az xəbər verir ki, hər iki qarşılaşma bölgədə baş tutacaq.
Günün ilk matçında "Kəpəz" "Turan Tovuz"la üz-üzə gələcək. Komandalar fərqli məqsədlər uğrunda mübarizə aparasa da, həmişəki kimi Qərb derbisinə maraq yetərincə böyükdür. Gəncə təmsilçisi elitada yerini qorumağa çalışır. Tovuzlular isə avrokuboklara vəsiqə qazanmaq istəyir.
Qeyd edək ki, görüşün start fiti saat 15:00-da səslənəcək.
Misli Premyer Liqası
III dövrə, XXIV tur
"Kəpəz" - "Turan Tovuz"
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Ruslan Quliyev
VAR: Rəvan Həmzəzadə
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Azər Əsgərov
Yevlax. Şəhər stadionu.