Misli Premyer Liqasının 24-cü turunun ikinci oyun gününə Zirədə yekun vurulacaq. Sport24.az xəbər verir ki, qəsəbənin eyniadlı təmsilçisi "Qarabağ"ı qəbul edir.

 

Bu oyun həm də turun mərkəzi qarşılaşmasıdır. Hazırda aktivində 39 xal olan "qaratllar" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektivin əsas məqsədi avrokuboklara vəsiqə qazanmaqdır. Bu görüşdə yaşanacaq xal itkisi mövsümün sonunda "qartallar"a çox baha başa gələ bilər. Qonaqlar isə çempionluq uğrunda mübarizə aparır. Hazırda "Qarabağ" 49 xalla ikincidir və bir oyun az keçirməklə lider "Sabah"dan 7 xal geridədir. Məhz bu üzdən ağdamlılar üçün də bu matçın əhəmiyyəti çox böyükdür.

 

Qeyd edək ki, turun digər görüşləri sabah keçiriləcək. "Kəpəz" "Turan Tovuz", "Qəbələ" isə "Neftçi" ilə üz-üzə gələcək.

 

Misli Premyer Liqası

III dövrə, XXIV tur

19:15. "Zirə" - "Qarabağ" 0:1 (Birinci hissə)

Qol: J. Montiel, 22.

Hakimlər: Fərid Hacıyev, Namiq Hüseynov, Rəhman İmami, Vüqar Həsənli
VAR: Nicat İsmayıllı
AVAR: Emin Əliyev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Elgiz Abbasov
Zirə. İdman Kompleksinin stadionu. 

"Zirə": 97. Tiaqo Silva 8. İsmayıl İbrahimli 7. Rövlan Muradov 14. Elçin Əlicanov 4. Ruan Renato (k) 25. Enrike Kustodio 9. Davit Volkov 30. Rikardo Martins 93. Brahim Konate 5. Ange Mutsinzi 11. Junior Martins

Ehtiyat oyunçular: 13. Aydın Bayramov 70. Namik Ələskərov 73. Anatoli Nuriyev 21. Hacıağa Hacılı 19. Rüfət Abdullazadə 29. Ceyhun Nuriyev 26. Stefan Aka 28. Leroy Mikels 10. Giorgi Papunaşvili 20. İssa Cibrila 6. Eldar Quliyev 22. Eren Aydın

Baş məşqçi: Rəşad Sadıqov

"Qarabağ": 99. Mateus Koxalski 44. Elvin Cəfərquliyev 10. Abdullah Zubir (k) 81. Kevin Medina 20. Kadi Borqes 2. Mateus Silva 9. Joni Montiel 18. Dani Bolt 15. Leandro Andrade 35. Pedro Bikalyo 17. Kamilo Duran

Ehtiyat oyunçular: 97. Fabian Buntiç 89. Amin Ramazanov 55. Bədavi Hüseynov 30. Abbas Hüseynov 77. Ramil Şeydayev 27. Toral Bayramov 22. Musa Qurbanlı 32. Hikmət Cəbrayılzadə 8. Marko Yankoviç 21. Aleksey Kaşuk 11. Emmanuel Addai 24. Jeremi Qnali

Baş məşqçi: Qurban Qurbano