Bu gün qadın basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxacaq. Sport24.az xəbər verir ki, Evren Alkayanın baş məşqçisi olduğu kollektiv səfərdə Monteneqro ilə qarşılaşacaq.

 

Görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

 

Azərbaycan komandası daha əvvəl Bolqarıstana hər iki oyunda (48:141, 40:120), Monteneqroya (62:104) və Ukraynaya (34:98) məğlub olub.

 

Qeyd edək ki, yığma martın 17-də Bakıda Ukrayna ilə qarşılaşacaq.