"Real"ın müdafiəçisi Raul Asensio sıradan çıxıb. Sport24.az xəbər verir ki, ispaniyalı futbolçu ayaq əzələləsindən zədə alıb.


Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.


21 yaşlı mərkəz müdafiəçisi La Liqanın 28-ci turunun sabah "Elçe" ilə keçiriləcək oyununu buraxacaq.

 

Qeyd edək ki, Raul Asensio "Real"ın yetirməsidir. İspaniya millisinin üzvü bu mövsüm Madrid təmsilçisinin heyətində meydana çıxdığı 30 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.