Polşa çempionatında 21-ci turun oyunları davam edir. Sport24.az xəbər verir ki, millimizin hücumçusu Renat Dadaşovun çıxış etdiyi "Motor" "doğma divalar" arasında "Lexiya" ilə üz-üzə gəlib.

 

Matç qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb. Renat 85-ci dəqiqədə meydana çıxıb və məğlubiyyətdən qaçmaq üçün komandasına köməyi dəyməyib. 

 

Qeyd edək ki, Dadaşovun formasını geyindiyi komanda 21 turdan sonra 24 xalla 14-cü pillədə qərarlaşıb.