Mozambik millisinin və "Sportinq"in yarımmüdafiəçisi Ceni Katamo "Napoli"nin transfer siyahısındadır. Sport24.az xəbər verir ki, İtaliya çempionu 25 yaşlı vinger üçün indidən danışıqlara start verib.
Neapol klubunun bu transferdə işi asan olmayacaq. Belə ki, Katamo "Lion" və Səudiyyə Ərəbistanı klublarının da maraq dairəsindədir.
"Sportinq" Katamonun transferindən 30 milyon avro gəlir əldə etmək istəyir. O, bu mövsüm klubun bütün yarışlarında 27 oyunda meydana çıxıb, altı qol vurub və dörd məhsuldar ötürmə edib. Katamonun "Sportinq"lə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. O, "Amora", "Vitoriya Gimarayeş", "Maritimo" klublarında da oynayıb.