"Bavariya"nın əsas qapıçısı və kapitanı Manuel Noyer sıradan çıxıb. Sport24.az xəbər verir ki, 39 yaşlı qolkiper baldır əzələsində yaranan problemə görə sıradan çıxıb.

 

"BILD" nəşrinin məlumatına görə, təcrübəli futbolçu təxminən 3 həftə yaşıl meydanlardan uzaq qalacaq. Bu isə o deməkdir ki, Noyer Bundesliqanın növbəti turunda "Ayntraxt"la keçiriləcək vacib qarşılaşmanı buraxacaq.

 

Qeyd edək ki, bu mövsüm bütün turnirlərdə 28 oyuna çıxan Noyer qapısında 27 qol görüb, 9 matçda isə qapısını toxunulmaz saxlaya bilib. Onun Münhen təmsilçisi ilə müqaviləsi bu yay başa çatır.

 

Xatırladaq ki, "Bavariya" - "Ayntraxt" görüşü fevralın 21-də baş tutacaq.