İspaniyanın "Atletik" klubu La Liqanın 24-cü turunda səfərdə "Oviedo" üzərində əzmkar qələbə qazanıb. Sport24.az xəbər verir ki, görüş 2:1 hesabı ilə Bilbao təmsilçisinin xeyrinə başa çatıb.

 

Ev sahibləri 30-cu dəqiqədə İlya Şayra ilə hesabı açıblar.

 

Fasilədən sonra "Atletik" oyunun gedişini dəyişməyi bacarıb. 58-ci dəqiqədə Mikel Xaureqisar bərabərlik qolunu vurub. 71-ci dəqiqədə isə Oyan Sanset penaltini dəqiq yerinə yetirərək komandasını önə keçirib.

 

Bu nəticədən sonra "Atletik" xalını 31-ə çatdıraraq turnir cədvəlində doqquzuncu pillədə qərarlaşıb. "Oviedo" isə 16 xalla sonuncu - 20-ci yerdə qalır.