Rusiya ilə Ukrayna arasında gedən müharibədə daha bir futbolçu ölüb. Sport24.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Karyerası ərzində "Volın", "Zvezda Kirovoqrad", "Lvov", "Rux", "Metalist 1925" və "Aqrobiznes"in formasını geyinən, Özbəkistanda "Məşəl" və "Kokand"da legioner həyatı yaşayan Sergey Petrov dünyasını dəyişib.
Vaxtilə Ukrayna gənclər millisinə də dəvət alan futbolçu 2025-ci ilin iyununda könüllü olmaq qərarına gəlib və Pokrovsk istiqamətində dislokasiya olan hərbi hissələrin birinə üz tutub. O, son döyüşdən qayıtmayıb.