Bu gün keçiriləcək 2 oyunla Misli Premyer Liqasında XX tura yekun vurulacaq. Sport24.az xəbər verir ki, hər iki qarşılaşma bölgədə baş tutacaq.
Günün ilk qarşılaşması Şamaxıda olacaq. Bölgənin eyniadlı təmsilçisi "Turan Tovuz"la üz-üzə gəlir. Bu görüş ərəfəsində aktivində 23 xal olan meydan sahibləri turnir cədvəlində 8-ci, qonaqlar isə 33 xalla 4-cü pillədə qərarlaşıb. "Boz qurdlar" bu gün qalib gələcəyi təqdirdə "Zirə"ni ötərək 3-cü yerə yüksələcək. "Şirlər" isə aktivinə növbəti xalı və ya xalları yazdıracağı halda təhlükəli zonadan bir qədər də uzaqlaşacaq.
Qeyd edək ki, qarşılaşmanın start fiti saat 14:30-da səslənəcək.
Misli Premyer Liqası
II dövrə, XX tur
14:30. "Şamaxı" - "Turan Tovuz"
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, İslam Məmmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Emin Əliyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Eldar Məmmədov
Şamaxı. Şəhər stadionu.