"Zirə" baş məşqçi Rəşad Sadıqovun rəhbərliyi dönəminə 100-cü qələbəsini qazanıb. Sport24.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu tarixi nailiyyət Misli Premyer Liqasının XX turunda keçirilən "Karvan-Yevlax"la qarşılaşmaya təsadüf edib.

 

Doğma meydanda baş tutan görüşdə 1:0 hesabı ilə qalib gələn "qartallar" mütəxəssisin rəhbərliyi altında çıxdığı 220-ci görüşdə  yubiley qələbəsinə sevinib.

 

Bu qələbələrdən 82-si Premyer Liqa, 14-ü Azərbaycan Kuboku, 4-ü isə avrokubok matçlarında qeydə alınıb.