"Kəpəz"lə qarşılaşmada komandamız doğurdan da çox yaxşı oyun və xarakter göstərdi. Çünki erkən qol vurandan sonra yenə də hücumlarımızı davam etdirdik". Sport24.az xəbər verir ki, bu sözləri "Neftçi"min kapitanı Emin Mahmudov deyib.

Ötən gün "Kəpəz"lə qarşılaşmada bir qol, bir məhsuldar ötürmə ilə yadda qalan təcrübəli futbolçu oyunu şərh edib:

"Lazımsız yerə qapımızda penaltı gördük. Buna baxmayaraq toparlanıb daha 2 qol vura bildik. Komanda olaraq istəkli olanda bütün rəqiblərə qalib gələ bilərik. Bunu davam etdirməliyik. Hələ ki, heç nəyə nail olmamışıq. Komandama faydalı olduğum üçün sevincliyəm. Heyətdəki futbolçular da mənə kömək edir. Çalışıram ən yaxşı nəticəni verim".

Qeyd edək ki, ötən gün baş tutan "Kəpəz" - "Neftçi" matçı meydan sahiblərinin 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.