"Mançester Yunayted" Almaniya millisinin baş məşqçisi Julian Naqelsmann ilə danışıqlara başlayıb. Sport24.az xəbər verir ki, bu barədə "Topskills Sports UK" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, klubun rəhbərliyində təmsil olunan Kristofer Uivell israrla alman məşqçini "sükan arxasında" görmək istəyir. Klubda inanırlar ki, Naqelsmann Premyer Liqada dominantlıq edə biləcək növbəti alman məşqçisi ola bilər və Yurgen Kloppun "Liverpul"dakı əfsanəvi uğurunu təkrarlaya bilər.

 

Lakin, Bruno Fernandes də daxil olmaqla, əsas oyunçular hazırkı müvəqqəti çalışdırıcı Maykl Kerriki fəal şəkildə dəstəkləyirlər. Kerrik gedərsə, Fernandes yalnız həftədə 400.000 funt sterlinq və bonuslar olmaqla yeni müqavilə imzalaya biləcəyini rəsmilərin diqqətinə çatdırıb. Kerrik işinə davam edərsə, portuqaliyalı hər iki tərəfə uyğun maaş istəyəcəyini vurğulayıb.