Millimizin müdafiəçisi Cəlal Hüseynovun formasını geyindiyi "Arda" Bolqarıstan çempionatının 4-cü turunda "Lokomotiv"lə(Plovdiv) qarşılaşıb. Sport24.az xəbər verir ki, Kırcaali təmsilçisi "doğma divarlar" arasında qolsuz "sülh"ə razılaşıb.

 

Cəlal meydana start heyətində çıxıb və 90 dəqiqəni əvəz olunmadan keçirib.

 

Qeyd edək ki, 4 turdan sonra aktivində 5 xal olan "Arda" turnir cədvəlində 8-ci pillədə qərarlaşıb.