İsveç millisinin müdafiəçisi Lüdviq Auqustinsson cari mövsümün klubundan ayrılacaq. Sport24.az xəbər verir ki, "Aston Villa" 28 yaşlı futbolçunun müqaviləsinə xitam verməyə hazırdır. 

Hazırda icarə əsasında "Sevilya" oynayan isveçlinin ingilislərlə 2025-ci ilə qədər müqaviləsi qüvvədədir. "Sevilya" yayda onun transfer hüququna yiyələnəcək.

Xatırladaq ki, İsveç yığması AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisinin rəqibidir.