UEFA Millətlər Liqasında 1/4 finalın cavab oyunları keçirilib. Sport24.az xəbər verir ki, bu mərhələdə yarışın A Liqasının 4 qrup qalibi və 4 qrup ikincisi ilə qarşılaşıblar.

 

Fransa penalti seriyasında Xorvatiyadan üstün olub və Ukrayna, İslandiya ilə bərabər DÇ-2026-nın seçmə mərhələsində D qrupunda Azərbaycanın rəqibi olub. 

 

Almaniya, Portuqaliya və İspaniya da yarımfinala vəsiqə qazanıb. Yarımfinal və final oyunları Almaniyada təşkil olunacaq. 

 

23 mart

UEFA Millətlər Liqası
1/4 final mərhələsi, cavab oyunu

23:45 Fransa – Xorvatiya - 2:0 (Penaltilər - 5:4)

Qollar: Olise, 52, Dembele, 80 
İlk oyun (0:2)

23:45 Almaniya – İtaliya - 3:3

Qollar: Kimmix, 30-pen. Musiala, 36. Klayndienst, 45 – M.Kin, 49; 69. Raspadori, 90+5-pen.
İlk oyun 2:1

23:45 Portuqaliya – Danimarka - 5:2

Qollar: Andersen, 38-avtoqol. Ronaldo, 72. Trinkao, 86; 91. Q.Ramos, 115 – Kristensen, 56. Eriksen, 76.
İlk oyun 0:1

23:45 İspaniya – Niderland - 3:3 (Penaltilər - 5:4)

Qollar: Oyarzabal, 8-pen; 67. Yamal, 103 – Depay, 54-pen. Maatsen, 79. X.Simons, 109-pen.
İlk oyun 2:2

 

Yarımfinal

4 iyun

Almaniya - Portuqaliya

5 iyun

İspaniya - Fransa