AVRO-2024-ün seçmə mərhələsində milli komandamızın rəqibi olan İsveç yığmasının heyətində itki baş verib. Sport24.az az xəbər verir ki, Skandinaviya təmsilçisinin müdafiəçisi Joel Andersson zədələnib.

Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb. Belə ki, "Midtyulland"ın 26 yaşlı sağ cinah müdafiəçisi Danimarka çempionatının "Lyunqbyu" ilə matçında sıradan çıxıb. Onun əvəzinə Polşanın "Poqon" klubundan Linus Valkvist yığmaya dəvət olunub.

Qeyd edək ki, İsveç - Azərbaycan qarşılaşması martın 27-də keçiriləcək.