"Milan" rəhbərliyi PSJ-nin hücumçusu Qonsalo Ramuşun agentləri ilə mümkün transferlə bağlı danışıqlar aparır. Sport24.az xəbər verir ki, bu barədə insayder Saşa Tavoleri X sosial şəbəkəsində məlumat yayıb.

 

Milan klubu 24 yaşlı Portuqaliya millisinin futbolçusunun transferi üçün 30 milyon avro ödəyə bilər.

 

Forvardın PSJ ilə hazırkı müqaviləsi 2028-ci ilin yayında başa çatır. "Transfermarkt" portalı futbolçunun dəyərini 40 milyon avro qiymətləndirir.

 

Qeyd edək ki, Ramuş 2024/25 mövsümündə bütün turnirlərdə 46 matçda iştirak edib, 19 qol vurub və 6 məhsuldar ötürmə edib.