"Tottenhem"in mərkəz müdafiəçisi Miki van de Ven Çempionlar Liqasının 4-cü turunda "Kopenhagen"ə qol vurmaqla adından söz etdirib. Sport24.az xəbər verir ki, niderlandlı futbolçu bu mövsüm bütün turnirlərdə altı qol vurub ki, bu da Avropanın top-5 liqalarında mərkəz müdafiəçi mövqeyində oynayanlar arasında ən yaxşı nəticədir.
Niderland millisinin müdafiəçisi İngiltərə Premyer Liqasında 3, Çempionlar Liqasında 2 və UEFA Super Kubokunda isə 1 dəfə fərqlənib.
Miki van de Ven 2025/26 "Futbol ili"ndə "Tottenhem"in hyətində bütün turnirlərdə 15 oyuna çıxıb.
Qeyd edək ki, müdafiəçinin ingilis klubu ilə hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. "Transfermarkt" portalı onun bazar dəyərini 55 milyon avro qiymətləndirir.