"Real"ın yarımmüdafiəçisi Cud Bellinqem Çempionlar Liqasında 50 oyun keçirən ən gənc oyunçu olub. Sport24.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

 

Dünən baş tutan "Liverpul"la görüşdə start heyətində yer alan Bellinqem, 22 yaş 155 günlüyündə Çempionlar Liqasında 50 oyuna çatan "Real"ın keçmiş qapıçısı İker Kasilyasın rekordunu qırıb.

 

Bellinqem isə 22 yaş 128 günlüyündə Çempionlar Liqasında 50 oyuna çatıb.

 

Qeyd edək ki, ingilis futbolçu "Real"a keçməzdən əvvəl Dortmund "Borussiya"sının formasını geyinib.