Ötən gecə Çempionlar Liqasında Liqa mərhələsinin 4-cü turu start götürüb. Sport24.az xəbər verir ki, ilk oyun günündə 9 matç keçirilib.
"Arsenal" Çexiyada "Slaviya"nın qonağı olub. Əliyar Ağayevin fit çaldığı matç qonaqların böyükhesablı qələbəsi ilə yekunlaşıb. "Liverpul" isə "Real" ilə üz-üzə gəlib. Qarşılaşma İngiltərə təmsilçisinin minimalhesablı qələbəsi ilə yekunlaşıb - 1:0. PSJ Parisdə "Bavariya"ya uduzub - 1:2.
Qeyd edək ki, turun digər matçları bu gün baş tutacaq.
UEFA Çempionlar Liqası,
Liqa mərhələsi, 4-cü tur
"Napoli" (İtaliya) – "Ayntraxt" (Frankfurt, Almaniya) - 0:0
"Slaviya" (Çexiya) – "Arsenal" (İngiltərə) - 0:3
Qollar: B.Saka, 32-pen. M.Merino, 46; 68.
"Atletiko" (İspaniya) – "Yunion" (Belçika) - 3:1
Qollar: X.Alvares, 39. Qallaxer, 72. Lyorente, 90+6 – Sayks, 80.
"Budo-Qlimt" (Norveç) – "Monako" (Fransa) - 0:1
Qol: Baloqun, 43.
"Yuventus" (İtaliya) – "Sportinq" (Portuqaliya) - 1:1
Qollar: Vlahoviç, 34 – Arauxo, 12.
"Liverpul" (İngiltərə) – "Real" (İspaniya) - 1:0
Qol: Makallister, 61.
"Olimpiakos" (Yunanıstan) – PSV (Niderland) - 1:1
Qollar: Martins, 17 – Pepi, 90+3.
PSJ (Fransa) – "Bavariya" (Almaniya) - 1:2
Qollar: Neves, 74 – L.Dias, 4; 32.
"Tottenhem" (İngiltərə) – "Kopenhagen" (Danimarka) - 4:0
Qollar: B.Conson, 19. Odober, 51. Van de Ven, 64. Paulinyo, 67.