Bu gün "Sabah" və "Qarabağ"ın U-19 komandaları UEFA Gənclər Liqasında növbəti matçlarına çıxacaqlar. Sport24.az xəbər verir ki, Ağdam təmsilçisi əsas mərhələnin IV turunda, Bakıda "Çelsi" ilə üz-üzə gələcək.

 

"Azersun Arena"da baş tutacaq görüşün start fiti saat 15:00-da səslənəcək.

 

"Sabah" isə UEFA Gənclər Liqasının II təsnifat mərhələsinin cavab matçında Fransa təmsilçisi "Nant"ı qəbul edəcək. Bu görüş Əlincə sradionunda, saat 17:00-da başlayacaq. "Bayquşlar" səfərdəki ilk görüşdə rəqibinə 0:5 hesabı ilə uduzub.