PSJ-nin futbolçusu Lionel Messi UEFA Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində “Mançester Siti”yə qarşı keçirəcəkləri oyunu buraxa bilər.

Sport24.az xəbər verir ki, Liqa 1-in 5-ci turunda qarşılaşdıqları Lion “Olimpik”i ilə matçda (2:1) zədələnən argentinalı hücumçunun daha iki oyunu buraxması gözlənilir.

Bu barədə Fransa mətbuatı məlumat yayıb. PSJ sentyabrın 25-də çempionatda “Monpelye”, sentyabrın 28-də isə Çempionlar Liqasında “Mançester Siti” ilə qarşılaşacaq. Messinin isə bu müddət ərzində sıraya dönməsi ehtimalı azdır.

Argentina millisinin də üzvü olan forvard bu mövsüm PSJ ilə 3 oyuna çıxıb və fərqlənə bilməyib.