"İnter Mayami"nin hücumçusu Lionel Messi "Los-Anceles"lə matçda (3:1) qol vurub. Sport24.az xəbər verir ki, "Goal"a istinadən xəbər verir ki, 38 yaşlı argentinalı karyerasında 875-ci dəfə adını tabloya yazdırıb.
Messi bu göstəriciyi 1116 matçda imza atıb. "İnter Mayami"nin forvardı eyni zamanda 875 qol vuran ən gənc futbolçu oldu.
Qeyd edək ki, Messi 2023-cü ilin yayından MLS komandasında çıxış edir. O, "İnter Mayami"nin heyətində bütün turnirlərdə 71 oyun keçirib, 59 qol vurub və 29 məhsuldar ötürmə edib. Argentinalı hücumçu daha əvvəl PSJ və "Barselona"da çıxış edib.