Almaniya kubokunda 1/32 final mərhələsi keçirilir. Sport24.az xəbər verir ki, azərbaycanlı hücumçu Mahir Emrelinin formasını geyindiyi "Kayzerslautern" səfərdə "RSV Ayntraxt"la qarşılaşır.

 

Meydana start heyətində çıxan Emreli 15-ci dəqiqədə komandasının 2-ci qolunu vurub. 

 

Bu, azərbaycanlı forvardın yeni klubunda ilk rəsmi qoludur.

 

Hazırda matçda ikinci hissə davam edir və "Kayzerslautern" rəqibinə 5:0 qalib gəlir.