Bu gün Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-20 dünya çempionatı başlayır. Sport24.az xəbər verir ki, ilk yarış günündə Azərbaycanın 4 sərbəst güləşçisi gücünü sınayıb.

 

70 kq

Nurlan Ağazadə debütdə kanadalı Keyd Brauna 9:2, 1/8 finalda isə qırğızıstanlı Zalkarbek Tabaldiyevə 5:2 hesabı ilə qalib gəldi. Güləşçimiz daha sonra çinli Tao Veiyə tam üstünlüklə (12:2) qalib gələrək yarımfinala yüksəlib. Nurlan yarımfinalda moldovalı Aleksandr Qaydarliylə qarşılaşacaq.

 

74 kq

Ağanəzər Novruzov bolqarıstanlı Stiliyan Corova tam üstünlüklə (10:0) qalib gələrək 1/8 finala yüksəlib. Ancaq bu mərhələdə almaniyalı U-20 Avropa çempionu Manuel Vaqinə 2:7 hesabı ilə məğlub olub.

 

97 kq

Rəvan Musayev macarıstanlı Peter Jivnovskiyə tam üstünlüklə (10:0) qalib gəlsə də, 1/8 finalda fransalı Aşab Dadayevə 2:12 hesabı ilə uduzub.

 

125 kq

Yusif Dursunov çinli Ruljie Liyə "tuş"la, gürcüstanlı Aleksandre Abramişviliyə isə 5:0 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. Yusif yarımfinalda iranlı Abolfazl Nejadla güləşəcək.

 

Qeyd edək ki, yarımfinallar Bakı vaxtı ilə 19:00-da başlayacaq.