Bu gün Misli Premyer Liqasında IX tur start götürür. Sport24.az xəbər verir ki, hesabat həftəsinin ilk oyun günündə 2 qarşılaşma baş tutacaq.

 

Şamaxıda keçiriləcək matçda "Karvan-Yevlax" "Turan Tovuz"u qonaq edir. Geridə qalan 8 turdan sonra aktivində 15 xal olan "boz qurdlar" turnir cədvəlinin ikinci pilləsində qərar tutubsa, nominal meydan sahibləri təhlükəli zonada, daha dəqiq desək, 11-ci yerdədir. Yevlax təmsilçisi bu oyundan məğlub ayrılacağı, günün digər görüşündə "Kəpəz" qalib gələcəyi təqdirdə turnir cədvəlinin zirzəmisində dəyişiklik olacaq. Tovuz təmsilçisi isə 3 xal qazanacağı halda ən azı bir günlük də olsa zirvəyə dönəcək.

 

Qeyd edək ki, oyunun start fiti saat 14:30-da səslənəcək.

 

Misli Premyer Liqası

I dövrə, IX tur

14:30. "Karvan Yevlax" - "Turan Tovuz" 1:2

Qol: Şakil Sno, 69, Alexandro Serrano, 71, Roberto Olabe, 77

Hakimlər: Elvin Bayramov, Şirmamed Mamedov, Kərim Zeynalov, Əli Əliyev
VAR: Əliyar Ağayev
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Nəriman Axundov
Şamaxı şəhər stadionu.

 

"Karvan-Yevlax": 1. Kamran İbrahimov 7. Araz Abdullayev 32. Elvin Yunuszadə (k) 6. Vadim Abdullayev 33. Eltun Turabov 18. Süleyman Əhmədov 20. Coy Sleyd Mikels 2. Şakil Sno 11. Kayl Spens 19. Tompson Qavi 21. İmani Barker

 

Ehtiyat oyunçular: 25. Əmrah Bulud 42. İbrahim Qədirzadə 13. Vüsal Məsimov 22. Qabil Əlizadə 14. Uğur Cahangirov 77. Əli Abdullayev 12. Vitor Roşa 37. Mois Nqvisani 3. Said İranxan 8. Peter Kings 10. Samuel Durrant 4. Olavale Doyeni

 

Baş məşqçi: Azər Həşimov

 

"Turan Tovuz": 1. Oleq Baklov 17. Rəhim Sadıxov 5. Roderik Miller 3. Enrike Silva 23. Alexandro Serrano 90. Joarlem Santos 15. Emmanuel Hakman (k) 32. Hayderson Hurtado 7. Xorxe Silva 19. Roberto Olabe 21. Aleks Souza

 

Ehtiyat oyunçular: 41. Sergey Samok 13. Mehman Hacıyev 29. Filip Ozobiç 4. Şəhriyar Əliyev 10. Xəyal Nəcəfov 88. Faiq Hacıyev 11. Ayxan Hüseynov 6. Fərid Yusifli 2. Abdulla Rzayev 77. Veysəl Rzayev 99. Vadji İbrahima

 

Baş məşqçi: Kurban Berdiyev