Qazaxıstanda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün ilk yoldaşlıq görüşünü keçirəcək. Bu barədə AFFA-dan məlumat verilib.

 

A milli Qazaxıstan yığması ilə qarşılaşacaq. Çimkənd şəhər stadionunda təşkil olunacaq oyun Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

 

Matçı Özbəkistandan olan hakimlər briqadası idarə edəcək.

 

24 oktyabr

Qazaxıstan - Azərbaycan

Çimkənd şəhər stadionu. Saat 18:00

Baş hakim: Gulşoda Saidkulova

Baş hakimin köməkçiləri: Kristina Sereda, Xayriniso Erkiniva

Dördüncü hakim: Roziyabonu Yusupova

(Hakimlər briqadası Özbəkistandandır)