Yunanıstanın "Panatinaikos" klubunun yeni baş məşqçisi müəyyənləşib. Sport24.az xəbər verir ki, Super Liqa təmsilçisini Rafael Benites çalışdıracaq.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

İspaniyalı mütəxəssislə 2026/2027 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

 

Qeyd edək ki, Rafael Benitesin son iş yeri "Selta" olub. 65 yaşlı məşqçi 2024-cü ilin mart ayında istefaya göndərilmişdi.