Misli Premyer Liqasının IX turunun ilk oyun gününə Qəbələdə yekun vurulacaq. Sport24.az xəbər verir ki, iki bölgə klubu Böyük Qafqazın ətəyində üz-üzə gələcək.
"Kəpəz" "İmişli"ni qəbul edir. Mövsümdə ilk qələbəsini ötən tur rəsmiləşdirən "sarı-göylər" heç şübhəsiz ki, ikinci qalibiyyətini qazanıb düşmə zonasından uzaqlaşmaq istəyir. Ancaq qonaqlar da asan yem deyil. Geridə qalan turlar göstərdi ki, "pələnglər" sona qədər mübarizə aparmağı bacaran, intizamlı oyunu seçilən kollektivdir. Sonda kimin güləcəyini isə 90 dəqiqənin tamamında biləcəyik.
Qeyd edək ki, hesabat turunun digər matçları sabah və bazar günün baş tutacaq.
Misli Premyer Liqası
I dövrə, IX tur
17:00. "Kəpəz" - "İmişli" 0:3
Qol: Luis Silvestr, 45+3, Dioqo Almeyda, 59, Rafael Vieqaş, 83
Qırmızı vərəqə: Məmməd Hüseynov, 29 (Kəpəz)
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, İslam Məmmədov
VAR: Cavid Cəlilov
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Eldar Məmmədov
Qəbələ. Şəhər stadionu.
"Kəpəz": 22. Məmməd Hüseynov 27. Məqsəd İsayev 77. Fərid Nəbiyev 88. Şakir Seyidov 9. Luis Paçu 11. Vitor Feijao 29. Dioqo Verdaska (k) 24. Olavale Onanuqa 12. Mahamadu Ba 10. Ryonosuke Ohori 38. Cefferson Bentu
Ehtiyat oyunçular: 1. Kaçper Rosa 7. Ehtiram Şahverdiyev 99. Əli Səmədov 5. Rauf Hüseynli 17. Ümid Səmədov 15. Raul Məmmədov 53. Şahmar Aşurov 20. Elcan Əbilov 23. Fərid Kələntərov 66. Arzu Atakişiyev 21. Sadiq Şəfiyev 55. Kresus Donqo
Baş məşqçi: Azər Bağırov
"İmişli": 33. Andrey Sinenka 19. Azər Salahlı (k) 21. Abbas Ağazadə 11. Vüsal Qənbərov 94. Rafael Vieqaş 29. Edvin Banquera 14. Ronaldo de Souza 6. Yau Moses 9. Dioqo Almeyda 23. Dioqo Rollo 7. Luis Silvestr
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev 77. Elmir Rəhimzadə 22. İbrahim Əliyev 97. Xəzər Mahmudov 5. İdris İnqilablı 44. Həzrət İsayev 3. Tuncay Yusifli 10. Nikola Karaklaiç 17. Ezekiel Morqan
Baş məşqçi: Jorj Kaşkilya