Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov (70 kq) dünya reytinqində liderliyini davam etdirir. Bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsindən məlumat verilib.

Paralimpiya çempionu 521.10 xalla öz çəkisində birinci pillədə yer alıb.

Yay Paralimpiya Oyunlarının bürünc medalçısı Sabir Zeynalov (58 kq) 329.65 xalla dördüncüdür. Amin Şıxalıyev (63 kq) ötən reytinq cədvəli ilə müqayisədə 31.25 xalla altı pillə irəliləyərək 22-ci sıraya yüksəlib, Orxan Cəfərov da (80 kq) səkkiz pillə irəliləyərək 42.64 xalla 22-ci pillədə yer alıb.